KRİMİNAL XRONİKA

Sabunçu qəsəbəsindəki evlərin birindən 530 ədəd lotereya oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

06.09.2022

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində 530 ədəd lotereya oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş M.Şəfiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.