KRİMİNAL XRONİKA

Qadının bank hesabından 1200 manat oğurlamaqda şübhəli bilinən M.Həsənov saxlanılıb

09.09.2022

Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın  sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Həsənov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.