KRİMİNAL XRONİKA

Xəzər rayonu ərazisində 3 həyətdən, 1 evdən və 1 mağazadan oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusifzadə saxlanılıb

25.10.2022

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 həyətdən, 1 evdən və 1 mağazadan 4 baş qoyun, inşaat materialları, təmir-tikinti alətləri, məişət əşyaları və tütün məmulatı oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini E.Yusifzadə saxlanılıb. Araşdırma aparılır.