KRİMİNAL XRONİKA

Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirov müəyyən olunaraq saxlanılıb

28.11.2022

Qaradağ rayonunun Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.