KRİMİNAL XRONİKA

Sabunçu rayonunda evlərinin birindən oğurluq edən şəxs saxlanılıb

23.02.2023

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 13-də Bakıxanov qəsəbəsindəki evlərin birindən pul və 3830 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov saxlanılıb.