KRİMİNAL XRONİKA

Səbail rayonunda nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən şəxs saxlanılıb

23.02.2023

Fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub. 
Avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.
Nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini K.Nərimanlı müəyyən olunaraq saxlanılıb.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.