KRİMİNAL XRONİKA

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib

24.02.2023

Fevralın 24-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Y.Yusiflinin idarə etdiyi “Lada Granta” və T.Kainbəyovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşduqdan sonra qarşıdan gələn “Chevrolet”,“Mercedes” və “Toyota” markalı avtomobillərə dəyib. Nəticədə Y.Yusifli hadisə yerində ölüb, digər sürücülər və sərnişinlər olmaqla 7 nəfər xəstəxanaya yerləşdirilib.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.