KRİMİNAL XRONİKA

Metroda 2 sərnişinin mobil telefonlarını cibgirlik yolu ilə talamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.İsayev saxlanılıb

08.03.2023

Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub.    
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.