KRİMİNAL XRONİKA

Hədə-qorxu ilə tələb etməklə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb

21.03.2023

Fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb.