KRİMİNAL XRONİKA

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən oğurluq etməkdkə şübhəli bilinən A.Əliyev saxlanılıb

26.04.2023

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərin birinin həyətindəki saxlanc yerindən 7000 manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.