KRİMİNAL XRONİKA

Badamdar qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

26.04.2023

Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.