KRİMİNAL XRONİKA

Metronun “28 May” stansiyasında mobil telefon talamaqda şübhəli bilinən E.Qasımov saxlanılıb

27.04.2023

Metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qasımov saxlanılıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 28-də metronun “28 May” stansiyasında 1 sərnişinin mobil  telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılıb. 
Araşdırma aparılır.