KRİMİNAL XRONİKA

Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Ç.Ağayevin idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin götürülüb

01.05.2023

Sabunçu Rayon  Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Ağayevdən heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə 1 kiloqram 50 qramdan artıq heroin götürülüb.
Araşdırma aparılır.