KRİMİNAL XRONİKA

Metronun “Ulduz” stansiyasında bir qadının çantasından cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov saxlanılıb

07.05.2023

Mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzimov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.