KRİMİNAL XRONİKA

M.Ə.Rəsulzadə qəsəbə sakinini bıçaqla öldürməkdə şübhəli bilinən ögey oğlu E.Abbasov saxlanılıb

08.05.2023

Mayın 8-də saat 22 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birində R.Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ögey oğlu E.Abbasovun R.Mehdiyevə bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Abbasov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.