KRİMİNAL XRONİKA

Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən Ş.Abdullayev saxlanılıb

11.05.2023

Mayın 11-də saat 22.57-də Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən həyəcan siqnalı daxil olub. Yoxlama zamanı Kürdəmir rayon sakini Ş.Abdullayevin operatora 1 ədəd 100 manatlıq saxta əsginas verməsi müəyyən edilib və o, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 12-ci Polis Şöbəsinə təhvil verilib.