KRİMİNAL XRONİKA

Əmircan qəsəbəsinin ərazisində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bak O.Quluzadə saxlanılıb

11.05.2023

Mayın 10-da saat 18 radələrində Əmircan qəsəbəsinin ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş O.Quluzadə müəyyən edilərək saxlanılıb. 
Araşdırma aparılır.