KRİMİNAL XRONİKA

Ramana qəsəbəsində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən qəsəbə sakini R.Ələkbərov saxlanılıb

02.07.2023

İyulun 2-də saat 18 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini olan bir nəfərə bıçaqla xəsarət yetirilərək 375 manat pulunun talanması barədə polisə məlumat daxil olub.
Həmin şəxsə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Ələkbərov saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.