KRİMİNAL XRONİKA

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Babayev müəyyən edilərək motosikletlə saxlanılıb

08.07.2023

İyulun 4-nə keçən gecə Nizami rayonunun K.Balakişiyev küçəsindən “TM-200” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Babayev müəyyən edilərək motosikletlə saxlanılıb. Araşdırma aparılır.