KRİMİNAL XRONİKA

Oğurluqda şübhəli bilinən E.Məmmədov, R.İsmayılov və E.Xəlilov müəyyən edilərək saxlanılıblar

09.07.2023

Nəsimi RPİ 19-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də rayon ərazisindəki köşklərin birindən pul, tütün məmulatı və lotereya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Məmmədov, R.İsmayılov və E.Xəlilov müəyyən edilərək saxlanılıblar. 
Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.