KRİMİNAL XRONİKA

Bakı şəhər sakini S.Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən A.Cəfərov tutularaq istintaqa təhvil veirlib

07.07.2023

İyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi 1 May yaşayış sahəsində yol kənarında çürüməyə məruz qalmış insan meyitinin aşkar olunması barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə məlumat daxil olub. 
Araşdırmalarla onun Bakı şəhər sakini S.Sadıqov olması məlum olub. 
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində iyunun 25-də saat 1 radələrində A.Cəfərovun münaqişə zəminində onu qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veirlib.