KRİMİNAL XRONİKA

Paytaxt sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəlilər saxlanılıb

25.07.2023

İyulun 25-də gecə saatlarında Hövsan qəsəbəsində törədilən quldurluq hadisəsi ilə bağlı daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Rəcəbov, N.Şahbazov, E.Əhədov və Hacıqabul rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.