KRİMİNAL XRONİKA

Kürdəxanı qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb

25.07.2023

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinən  Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Əzizov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci və 326-cı maddələri ilə axtarışda olması müəyyən olunub.