KRİMİNAL XRONİKA
Səbail rayonunda 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən S.Akulov saxlanılıb
06.08.2023
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev küçəsindəki evlərdən birinin girişindən 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Akulov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.