KRİMİNAL XRONİKA

Sabunçu rayonunda məktəbdən 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Şükürov saxlanılıb

27.08.2023

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki məktəblərin birindən 8066 manat dəyərində 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Şükürov müəyyən oluaraq saxlanılıb.