KRİMİNAL XRONİKA

Bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən bir qrup şəxs müəyyən olunaraq saxlanılıblar

01.09.2023

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də 1 nəfərin cibindən 1310 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş O.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişinləri, əvvəllər məhkum olunmuş R.Sayılov, R.Məmliyev, həmçinin Abşeron rayon sakinləri N.Şirəliyev, M.Məcidov və T.Məcidli ilə birgə müəyyən olunaraq saxlanılıblar.