KRİMİNAL XRONİKA

Bakıxanov qəsəbəsində qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən R.Balayev saxlanılıb

06.11.2023

Noyabrın 5-də Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş R.Balayev saxlanılıb. Araşdırma aparılır.