KRİMİNAL XRONİKA

Yasamal rayonunu 2-ci Alatava yaşayış sahəsində yeniyetməyə qarşı quldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb

06.11.2023

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 6-da 2-ci Alatava yaşayış sahəsində bir yeniyetmənin pulunu və elektron saatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.