KRİMİNAL XRONİKA

Bakı şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən X.Cahangirov və A.Məmmədov saxlanılıblar

13.11.2023

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə noyabrın 12-də saat 23 radələrində Bakı şəhər sakini olan bir nəfərin üzlüyündə bank kartı olan mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini X.Cahangirov və Şərur rayon sakini A.Məmmədov saxlanılıblar. 
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.