KRİMİNAL XRONİKA

Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən S.Xələfov saxlanılıb

15.11.2023

Nərimanov RPİ 16-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 11-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2500 manatı, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Xələfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.