KRİMİNAL XRONİKA

Metronun “28 May” stansiyasında bir nəfərin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Almuradov saxlanılıb

21.11.2023

Noyabrın 20-də metronun “28 May” stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Almuradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.