KRİMİNAL XRONİKA

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində 3200 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

15.01.2024

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində üzərində 390 manat dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqə olan 3200 manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub. 
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakinləri M.Səmədov və Y.Mirzəyev müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.