KRİMİNAL XRONİKA

Nizami rayonu ərazisində bir qadının çantasından pulunu oğurlamaqda şübhəli bilinən R.Kazımov saxlanılıb

25.01.2024

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da rayon ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dolları pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Kazımov saxlanılıb.
Araşdırma aparılır.