KRİMİNAL XRONİKA

Yasamal rayonu ərazisində oğurluğa görə axtarışda olan E.Abdullayev saxlanılıb

07.02.2024

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 678 manatını və “Fiat” markalı bir avtomobildən 750 manat dəyərində dərman vasitələri oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Abdullayev saxlanılıb.
Araşdırma aparılır.