KRİMİNAL XRONİKA

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb

03.04.2024

Paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.