Xəbərlər
DİN VƏ ADRA birgə fəaliyyətə başladı
31.01.2022
Əhalinin müxtəlif təbəqələri arasında anti-narkotik təbliğat işinin səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Reklam Agentliyi birgə fəaliyyətə başlayıb.
Birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.