Xəbərlər

Qadınların çantalarından oğurluq edən şəxs müəyyən edilib

02.02.2019

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.
 
Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
 
Araşdırma aparılır.