Xəbərlər

Məktəblərdə geniş maarifləndirici söhbətlər aparılır

28.02.2019

Xəzər Rayon Polis İdarəsinin təşkilatçılığı ilə fevral ayında rayon ərazisində yerləşən 4 təhsil müəssisəsində -  120, 119, 206 və 237 nömrəli orta məktəblərdə “Narkomaniya ümümbəşəri bəladır”,  "Yol hərəkət qaydalarına riayət edək" və "İnternetdən təhlükəsiz istifadə" mövzularında geniş profilaktiki-maarifləndirici tədbirlər keçirilib. 

Tədbirlərdə Xəzər RPİ-nin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev çıxışlarında rayon ərazisində narkomaniya ilə aparılan mübarizə tədbirlərindən danışıb, narkomaniyanının bütün bəşəriyyətin bəlası olduğunu, onunla mübarizədə ən effektiv yolun gənclərin narkotiklərin zərərləri barədə maarifləndirilməsindən keçdiyini bildirib. Bu məqsədlə də rayon ərazisində maarifləndirmə tədbirlərinin keçirilməsinə polisin xüsusi əhəmiyyət verdiyini tədbir iştirakçılarının diqqətinə çatıdırıb.

Keçirilən görüşlərdə rəis müavini, polis polkovnik-leytenantı Famil Vəliyev, inspektorlar, polis baş-leytenantı Xəyalə Həsənova və Aysel Abdullazadə məktəblilərlə profilaktik söhbətlər aparıblar, tövsiyələr veriblər. 

Eyni zamanda. şagirdlərə video  çarxlar nümayiş etdirilib, narkotik maddələrin yayılmasının cəmiyyətin inkişafına mane olmasından və insan səhətinə vurduğu ziyanlar haqqında danışılıb. Eləcə də yol mədəniyyətinin   formalaşdırılması, küçə və yollarda təhlükəsiz davranış qaydalarının öyrənilməsi, yol hərəkəti qaydalarına ciddi riayət olunması məsələləri müzakirə olunub.  

Diskussiya şəraitində keçən tədbirlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.