Xəbərlər

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

18.03.2019

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. 

Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov olduğu müəyyən edilmişdir.

Araşdırma aparılır.