Xəbərlər

Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

01.07.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 27-də Nəsimi rayonu ərazisindəki kafelərin birində əcnəbi vətəndaşın içərisində 140 manatı, 1300 ABŞ dolları və mobil telefonu olan pulqabısı oğurlanıb.

Baş Cinayət Axatrışı İdarəsi, Bakı Şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Abdullayev saxlanılıb.

Araşdırmalar aparılır.