Xəbərlər
Soyğunçuluqda şübhəli bilinən Beyləqan rayon sakini saxlanılıb
19.07.2019
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 18-də M.Həsənov küçəsində naməlum şəxs Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edib, içərisində 65 ədəd qol saatı və 10 ədəd ətir olan çantası soyğunçuluq yolu ilə talayıb.
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılıb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.