Xəbərlər

Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

29.07.2019

İyulun 28-də saat 18 radələrində Səbail rayonu ərazisində Yardımlı rayon sakini S.Cavadovun idarə etdiyi “VAZ-2107” və Masallı rayon sakini İ.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə İ.Məmmədov və 5 sərnişini, habelə S.Cavadov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
S.Cavadovunun sərnişinlərindən İmran Qulamov orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.