Xəbərlər
Oğurluq etməkdə şübhəli bilinən Naftalan şəhər sakini saxlanılıb
28.10.2019
Səbail RPİ 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini V.Alışov oktyabrın 4-də saat 4 radələrində rayon ərazisində mobil telefonunun oğurlanmasını bildirmişdir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini B.Məmmədov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 6-da “Opel” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.
Araşdırmalar davam etdirilir.